• Əl-Aləm telekanalının operatorunun cənazəsi dəfn edilib
    Əl-Aləm telekanalının operatorunun cənazəsi dəfn edilib

Suriyanın Hələb şəhərinin cənub ərazilərində şəhid olmuş Əl-Aləm telekanalının operatoru Yəzən İbrahimin cənazəsi dəfn edilib.

Yəzən İbrahim Hələbin cənub ərazilərində terrorçu qruplardan qalan minanın partlaması nəticəsində şəhid olmuşdu. 

Yəzən İbrahim Suriya ordusunun terrorçu qruplara qarşı bir çox cəbhələrdə həyata keçirdiyi əməliyyatların ümumi fikrə çatdırılmasında böyük rola malik olmuşdur. 

Əl-Aləm telekanalının Suriyadakı rəhbəri Hüseyn Mürtəzəvi deyib: Şəhid Yəzən İbrahim bu toqquşmalarda hərbi operator idi və bu toqquşmada mediya mənsubları hədəfə alınırlar. 

Mar 10, 2018 10:12 Asia/Baku
Şərhlər