• Turizm cazibədarlıqları
    Turizm cazibədarlıqları

Bahar və bayram əhval-ruhiyyəsi altında olan İranın turizm cazibədarlıqları iranlı və xarici müsafirləri qarşılamaq üçün anları sayır. Dağdan meşəyə, dənizdən səhrayadək.

Böyük Təbriz bazarında alqı ilə bağlı gözəl bir hiss. Ayaqqabıçılar pasajı və ya Mozəffəriyyə pasajı və sair.

Kişi: Xalça tablosunun özü incəsənətdir. Mənzərə toxuyurlar, sima toxuyurlar.

Qadın: Təbriz xalçası alidir və məncə, bütün dünya Təbriz xalçasını tanıyır.

Amma bütün alqılar arasında Azərbaycan incəsənətinin əslliyi özünü göstərir.

Kişi: Təbrizdə gümüşlə işləmə və ağac və metal üzərində oymaçılıq dünya səviyyəsində qeydə alınıb.

Bura, "2018 tədbiri"nin ev sahibi, Təbrizdir. Burada müxtəlif sovqatlar mövcuddur. Saxsı və misdən tutmuş cəvahir və döymə işlərinədək... Amma Təbrizin quru meyvələrindən dadmamaq mümkünsüzdür...

Təbriz həm də mahir şirniyyatçılar, şirniyyat və şokoladlar şəhəridir...

Kişi: Təbrizin nuqası, irisi və qorabiyyəsini mütləq dadın.

Təbrizdən səhranın mərkəzinə gedirik... Yəzdə.

Kişi: Tarixi Yəzd şəhəri qədim dörd yolayrıcında yerləşib.

Yəzdə səfər ilə İran xalqının tarixi, mədəniyyəti və incəsənətini yaxından müşahidə edin. Yəzd dünyada ilk gil şəhəridir. Beynəlxalq səviyyədə qeydə də alınıbdır.

Qadın: İlk dəfədir ki, Yəzdə gəlirəm. Səhrada bir mirvaridir.

"Yəzd səhrası" came məscidi Yəzdin tanınmış tarixi binalarındandır.

Avstraliyalı qadın: Yəzd son dərəcə gözəldir. Tarixi məkanları, böyük cazibədarlığa malikdirlər.

Kişi: Biz yalnız şəkil çəkirik. Küçə və dalanlar alidir.

Quru və bir səhra şəhəri ki, onda böyük "Dövlətabad bağı" salınır və dünya səviyyəsində qeydə alınır. 

Və indi, bu günlər hamının almaq üçün növbəyə düzüldüyü qutab, paxlava və pəşmək.

Kişi: Təqribən 20 növ şirniyyatımız var və kiçik və böyüklərin geydikləri gözəl Yəzd tirmə parçaları.

Teqlər

Mar 13, 2018 07:29 Asia/Baku
Şərhlər