• Madrid derbisi
    Madrid derbisi

Real və Atletiko qarşılaşmasının qalibi olmadı. Simyone 1 xaldan razılıq etdi...

Real Madrid və Atletiko Madrid komandaları Laliqanın 31-ci həftəsində baş tutan derbidə bir-biri ilə qarşılaşıblar. Bu görüş sonda 1-1 hesabı ilə başa çatdı.

Oyunun birinci hissəsində Atletiko komandası tamamilə bir müdafiə oyunu nümayiş etdirdi və Realın bütün cəhdlərini uğursuz qoydu.

Santyaqo Bernabo stadionunda baş tutan görüşün ikinci hissəsinin ilk dəqiqələrində Real nəhayət hesabda önə çıxmağı bacarır.

Oyunun 53-cü dəqiqəsində Kristiano Ronaldonun vurduğu zərbə qapıdan keçir.

Atletiko isə çox keçməmiş hesabı bərabərləşdirir. 57-ci dəqiqədə Anton Qrizman çox sürətli bir əks hücumda topu qapıdan keçirir və hesab bərabərləşir.

İki dəqiqə sonra Atletiko yenidən hesabda önə çıxmaq fürsəti əldə etsə də, Kilor Navas çox gözəl bir hərəkətlə qapını qorumağı bacarır.

Oyunun 63-cü dəqiqəsində Zeydan maraqlı bir dəyişiklik edir. Kərim Benzema Kristiano Ronaldonu əvəz edir. İsko və Mudriç də meydana çıxarılır. Lakin, bütün bu dəyişikliklər oyunun nəticəsində heç bir təsirə malik olmur.

Ümumi sıralamada Barselona 79 xal ilə liderdir. Atletiko isə 68 xal ilə ikincidir. Real da 64 xal ilə 3-cü pillədə durur.

 

Apr 12, 2018 16:25 Asia/Baku
Şərhlər