• MotoGP Argentina 2018
    MotoGP Argentina 2018

LCR Honda komandasının pilotu olan Kal Kruçlo Argentina Qrandpri-sinin qalibi olub.

Dünya Çempionatının ikinci mərhələsi Argentinada keçirilib. Zarko, Miller və Rins ilə sıx bir rəqabətə malik olan Kal Kruçlo sonda yarışı birinci yerdə başa vurmağı bacarır. Yohan Zarko və Aleks Rins isə müvafiq olaraq yarışı ikinci və üçüncü yerdə başa vururlar.

Yarış zamanı baş verən maraqlı hadisə, rəqiblərindən önə çıxmağa çalışan Mark Markuizin ardıcıl olaraq ötmə hərəkəti həyata keçirməsi zamanı, italyan pilot Rossinin motorsikletinə zərbə vurması və bununla da Rossinin motorsikletdən yıxılmasına səbəb olması idi. Bu hadisə Rossinin yarışı 19-cu yerdə başa vurmasına səbəb oldu. Mark Markuiz isə yarışı 5-ci yerdə bitirməyi bacarmışdı. Amma, bu rəftarı Mark Markuizin ciddi formada cəzalandırılmasına səbəb oldu.  Belə ki, 30 saniyə cərimə ilə Mark Markuiz 18-ci pilləyə geriləyərək, Rossi kimi bu yarışdan əliboş ayrılmalı olub.

Ümumi sıralamada Andre Dövizyoso 25 xal ilə ilk pillədə qərarlaşıb. Mark Markuiz isə 20 xal ilə ikincidir. Valentino Rossi və Kal Kruçlo isə müvafiq olaraq 16 və 13 xal ilə növbəti sıralarda yer alırlar.

 

Apr 12, 2018 16:43 Asia/Baku
Şərhlər