• İran taekvondoda böyük güc nümayiş etdirib
    İran taekvondoda böyük güc nümayiş etdirib

İranın yeniyetmələr üzrə taekvondo yığmasının baş məşqçisi deyib: 5 qızıl medal və 50 ballıq fərqlə dünya çempionu adını qazanmaq İran taekvondosu üçün böyük uğurdur.

Dünyanın taekvondo üzrə ən yaxşı baş məşqçisi tanınmış Vəhid Abdullahi dünən gecə İranın yeniyetmələr üzrə taekvondo yığmasının Tunis çempionatının birinciliyini qazanmasından sonra deyib: Tunis çempionatı texniki baxımdan yüksək səviyyədə keçirildi. 

İranın yeniyetmələr üzrə yığma taekvando komandası 7 qızıl, 2 bürünc və 107 bal qazanaraq Tunisdə keçirilən 12-ci dünya çempionatı yarışlarının qalibi olub. 

Tunisdə yeniyetmələrin düyna üzrə taekvondo çempionatında 118 ölkə təmsil olunurdu. Bu yarışlar bazar ertəsi günü başladı və dünən sona çatdı. 

İranın yeniyetmələr üzrə taekvondo yığmasının baş məşqçisi Vəhid Abdullahi Tunis yarışlarının sonunda dünyanın ən yaxşı məşqçisi seçilib.

Teqlər

Apr 14, 2018 09:13 Asia/Baku
Şərhlər