• Bir çin şirkəti PUA-ların eyni zamanda uçuşu sahəsində yeni rekord vurub

Bir çin şirkəti 1300-dən çox Pilotsuz Uçan Aparatı uçuş vəziyyətinə gətirərək Gines rekordunu dəyişib.

İRİB-in verdiyi məlumata görə, Əl-Aləm telekanalı bildirib: İ Hanq Çin şirkəti yeni rekord vurmaq üçün eyni zamanda 1374 PUA-nı 13 dəqiqə müddətində havaya qaldırıb. 

Bu şirkət bir bəyanatda bildirib: PUA-lar Şiyan şəhərində gecə tamaşasında 1 kvadrat kilometrlik ərazidə havaya buraxılıb. 

Bu şirkət keçmişdəki rekordla müqayisədə 156 əlavə PUA havaya qaldıraraq Amerikanın İntel şirkətinə aid olan öncəki rekordu dəyişə bilib. 

May 09, 2018 20:25 Asia/Baku
Şərhlər