• İranın yeniyetmələrdən ibarət yunan-roma güləşi üzrə yığma komandası Asiya çempionu olub
    İranın yeniyetmələrdən ibarət yunan-roma güləşi üzrə yığma komandası Asiya çempionu olub

İranın yeniyetmələrdən ibarət yunan-roma güləşi üzrə yığma komandası dörd qızıl, bir gümüş və iki bürünc medal qazanaraq, Özbəkistanda keçirilən Asiya çempionatının qalibi olubdur.

Yeniyetmələrin yunan-roma güləşi üzrə Asiya çempionatı dünən Özbəkistanın Daşkənd şəhərində başa çatıb və İran komandası 45, 48, 80 və 92 kiloqram çəki dərəcələrində dörd qızıl, 60 kiloqram çəki dərəcəsində bir gümüş, həmçinin 55 və 110 kiloqram çəki dərəcələrində iki bürünc medal, eləcə də 51, 65 və 71 kiloqram çəki dərəcələrində üç beşinci yer əldə edib, 180 xal toplayaraq, yarışların çempionu olubdur.

Qazaxıstan, Özbəkistan, Hindistan və Yaponiya komandaları müvafiq olaraq ikincidən beşinciyədək olan yerləri tutublar.

İranın yeniyetmələrdən ibarət yunan-roma güləşçiləri Asiya çempionu olaraq, 2018-ci ildə Argentinada keçiriləcək yeniyetmələrin olimpiya oyunlarına iki pay da əldə ediblər.

Teqlər

May 12, 2018 12:36 Asia/Baku
Şərhlər