• İran sərbəst güləş üzrə yeniyetmələrarası Asiya yarışlarında 3 qızıl medal qazanıb

Sərbəst güləş üzrə yeniyetmələrarası Asiya çempionatının birinci günündə İran 3 qızıl medal əldə edib.

Sərbəst güləş üzrə yeniyetmələrarası Asiya Çempionatı və Argentina-2018 Olimpiya Oyunları üçün seçmələr şənbə günü səhər Özbəkistanın paytaxtı Daşkəntdə start götürüb. 

İRNA-nın verdiyi məlumata görə, iki gün davam edəcək yarışların ilk günündə çıxış edən iranlı güləşçilər Məhəmməd Kərimi 65 kq, Məhəmməd Noxudi 71 kq və Məhəmməd Rza Qyasi 80 kq çəki dərəcələrində qızıl medalın sahibi olublar. 

Məhəmməd Kərimi və Məhəmməd Rza Qyasi Argentina-2018 Olimpiya Oyunlarında iştiraka də vəsiqə əldə etməyi bacarıblar. 

Argentina-2018 Olimpiya Oyunları sentyabrda keçiriləcək. 

Teqlər

May 13, 2018 09:02 Asia/Baku
Şərhlər