• Bu gün Firdövsini anım günüdür
    Bu gün Firdövsini anım günüdür

15 may 25 ordibeheşt iranlı şair Firdövsinin anım günüdür.

İranlı məşhur şair Həkim Əbül-Qasim Firdövsi (940-1020) İranın şimal şərqində yerləşən Tus şəhərində anadan oldu. 

O 80 illik ömründə şer zövqü və yüksək istedadı ilə mifik simaları şerdə canlandıraraq Şahnamə adlı böyük şah əsərin yaranmasına səbəb oldu. 

50 mindən çox beytə malik olan Şahnamə əsəri qədim şahlar, milli dastanlar və İranlı pəhləvanların epik sərgüzəştini özündə əks etdirir. 

Firdövsi fars dilində şeir yazmış ən böyük şairdir və onun əsəri olan Şahnamə də fars dili və ədəbiyyatının ölməz şah əsəri hesab olunur. 

Hər il bu böyük şairin anım mərasimi onun vurğunlarının iştirakı ilə, dünyanın və İranın müxtəlif yerlərində ədəbi yığıncaqlar formasında təşkil olunur. 

May 15, 2018 12:59 Asia/Baku
Şərhlər