• İran hərbçilərin sərbəst güləş üzrə dünya çempionatının ikincisi olub
    İran hərbçilərin sərbəst güləş üzrə dünya çempionatının ikincisi olub

İranın sərbəst güləş komandası iki qızıl, üç gümüş və bir bürünc medal əldə edərək, hərbçilərin sərbəst güləş üzrə dünya çempionatının ikincisi olub.

Moskvada keçirilən hərbçilərin sərbəst güləş üzrə 33-cü dünya çempionatının sonunda İran komandası 57 və 125 kiloqram çəki dərəcələrində qızıl, 74, 79 və 97 kiloqram çəki dərəcələrində gümüş, 61 və 70 kiloqram çəki dərəcələrində isə bürünc medal qazanıbdır.

Hərbçilərin sərbəst güləş üzrə dünya çempionatı mayın 15-də başlanıb və dünən başa çatıbdır. Bu istiqamətdə yunan-roma güləşi üzrə yarışlar da dünən başlanıb və mayın 20-dək davam edəcəkdir.

Teqlər

May 18, 2018 11:23 Asia/Baku
Şərhlər