• İranın fəhlə voleybolçuları çimərlik voleybolu üzrə dünya çempionatında üçüncü olublar
    İranın fəhlə voleybolçuları çimərlik voleybolu üzrə dünya çempionatında üçüncü olublar

İranın fəhlələrdən ibarət voleybol komandası Bolqarıstanda keçirilən çimərlik voleybolu üzrə dünya çempionatında üçüncü olub.

İranın fəhlələrdən ibarət voleybol komandası Bolqarıstan komandası ilə üçüncü yer uğrunda görüşdə bu komandanı məğlub edərək, çimərlik voleybolu üzrə dünya çempionatının bürünc medalçısı olubdur.

İranın fəhlələrdən ibarət voleybol komandası ilk dəfədir ki, bu beynəlxalq yarışlarda iştirak edir.

Çimərlik voleybolu üzrə dünya çempionatı səkkiz komandanın iştirakı ilə iyunun yeddisindən doqquzunadək Bolqarıstanın Varna şəhərində keçirilib.

Teqlər

Jun 10, 2018 11:21 Asia/Baku
Şərhlər