• İslam İnqilabı ilə gələn inkişaf
    İslam İnqilabı ilə gələn inkişaf

İslam İnqilabının qələbə çalması və İranın bütün sahələr üzrə inqilabçı mövqedən çıxış etməsi ölkənin sürətlə inkişaf etməsinə səbəb olub. Əlbəttə, dünyanı heyrətləndirən bu məsələ bəzi hegemonçu qüdrətlərin narahatlığına və İrana qarşı təzyiqlərini artırmasına səbəb olub. Məhz elə buna görə də İran bütün bu çətinliklərin öhdəsindən gəlmək üçün keçmişdə olduğu kimi müqavimət yolunu davam etdirməli və inqilabçı olaraq qalmalıdır.

“Tehranın ilk laboratoriya uşağı bu gün Mordad ayının biri, səhər saat 10:50 dəqiqədə varlıq dünyasına ayaq basıb.”

Tibbi inqilab. Bu, inqilabçı idarəetmənin nəticəsi idi. Zəiflik göstərməyərək, bütün dünyanı heyrətləndirməyi bacardıq.

Mərhm Dr.Kazemi və Royan müəssisəsindəki əməkdaşları milli özünəinamın simvolu idilər.

Müdafiə sahəsindəki inqilab da inqilabçı müdirlərin müqavimətinin və milli özünəinam hissinə arxalanmağın nəticəsi olaraq, bu gün ölkənin təhlükəsizliyinin zamininə çevrilib.

Bu günlər bir çox gərginliyin şahidi olan Asiyanın qərbində davamlı təhlükəsizliyə malik olmaq, müqəddəs müdafiə illərində zəiflik hissini özündən uzaqlaşdırmağı bacaran inqilabçı müdirlərin anlaşma yerinə inqilabçı qalmağı seçmələrinin nəticəsidir.

Bu günkü ticarət savaşında da çətinliklərin öhdəsindən gəlmək və ölkəni iqtisadiyyat sahəsində inqilabçı hədəfə çatdırmaq üçün, rəsmilər arasında söz birliyinə və ciddi səyə ehtiyac var.

 

 

Jul 13, 2018 21:49 Asia/Baku
Şərhlər