• Jurnalist xalqın hüquqlarının müdafiəçisi və həyat rəvayətlərinin illüstratorudur
    Jurnalist xalqın hüquqlarının müdafiəçisi və həyat rəvayətlərinin illüstratorudur

Müasir bəşər cəmiyyətində fərqli, çətin, mühüm və təsirli peşələrdən biri, jurnalistlik peşəsidir. Jurnalist öz ecazkar qələmi ilə təlatüm qopara, alçaqlıqlar və çirkinliklərin kökünü kəsə və yaxşılıqları möhkəmlədə bilər.

Jurnalist xalqın hüquqlarının müdafiəçisi, həmçinin həyat rəvayətləri, siyasi, mədəni, ictimai və iqtisadi dəyişiklikləri təsvirə çəkən bir şəxsdir və onun təsirli rolu inkaredilməzdir. Müxtəlif yazıçılıq, tədqiqat, incəsənət məharətlərinə malikolma zərurəti, eləcə də hüquqi, mədəni və media biliyindən bəhrələnmə müvəffəq bir jurnalistin qaçılmaz zərurətlərindəndir. Jurnalist günü, cəmiyyətin məlumatlandırılması yolunda öz canlarını İnqilaba təqdim edən Şəhid Məhmud Saremi daxil olmaqla bütün mədəni insanların yüksək dərəcəsinin əziz tutulması üçün çox dəyərli bir fürsətdir. 

Avqustun səkkizi IRIB müxbiri Məhmud Sareminin şəhadətindən sonra jurnalist günü adı ilə bəzənibdir. Mən də xarici işlər nazirliyinin jurnalistlik peşəsini dəyərləndirmə mərasimini bir fürsət hesab edərək, jurnalist və müxbirlərin sorağına getdim.

Yusif Cəlali- Press TV-nin müxbiri: Jurnalistliyin bütün fəlsəfəsi maraq və axtarışda gizlənibdir. O, həqiqətlərin ardınca olmağımıza səbəb olur. Jurnalist bütün siyasi, ictimai, etnik təmayülləri kənara qoyaraq, tərəfsiz və şəffaf şəkildə həqiqətin ardınca olmalı və onu xalqa ötürməlidir.

Səmanə Moqəddəm- Berna informasiya agentliyinin müxbiri: Bir jurnalistin ən mühüm vəzifəsi, şəffaflaşdırmadır. Biz xalq ilə rəsmilər arasında bir vasitəyik və əhalinin problemini məsul şəxsə çatdırıb, nəticə əldə edə bildiyim gün özümü müvəffəq hesab edirəm.

Amma yazılı və təsvirli müxbirlərin kənarında xəbər fotoqraflarının səylərini nəzərdən qaçırmamalıyıq. Bu müxbirlər nə yaza, nə danışa, nə də ki, video formasında öz xəbərlərini ötürə bilirlər. Onlar yalnız mətləbin bütün haqqını bir şəkil çərçivəsində yaya bilirlər.

Mehdi Bolluriyan- Fars xəbər agentliyinin fotoqrafı: Bizim üçün ən cazibədar iş növü, bəzən günlər və aylarla vaxt qoyduğumuz sənədli süjetlərdir. Amma xəbər zamanı tamamilə çalışmalıyıq münasib və yaxşı anları ovlayaq ki, onlar xəbər süjetinin danışan dili olmuş olsunlar.

Jurnalistlər icması yalnız özlərini süjetə çatdıraraq, anların ovlanması imkanı əldə edən kəslərlə bitmir. Xəbər otağı adlı bir mühitdə fəaliyyət göstərən şəxslərin hər biri öz növbəsində jurnalist və müxbirdir.

Aug 07, 2018 16:33 Asia/Baku
Şərhlər