• İsrail Qəzzəni vurdu
    İsrail Qəzzəni vurdu

Fələstin hökumətinin başçısı dünya ictimaiyyətinə səslənib.

Fələstin informasiya agentliyi WAFA-nın verdiyi xəbərə əsasən, Fələstin özünüidarə hökumətinin başçısı Mahmud Abbas Qəzza sektorundakı növbəti destabilizasiyanı dayandırmaq üçün beynəlxalq ictimaiyyəti Qəzza sektorundakı vəziyyətə müdaxilə etməyə səsləyib.

Mahmud Abbasın İsrailin Qəzzaya olan müdaxiləsinin qarşısının alınması məqsədi ilə, bu gün - cümə axşamı günü bütün səviyyələrdə gücləndirilmiş beynəlxalq kontaktlar keçirdiyi bildirilir. Lakin bu danışıqların məhz kimlərlə keçirildiyi qeyd edilməyib.

Bu gərginliyin təhlükəli olduğunu qeyd edən Mahmud Abbas növbəti dağıntıların və qeyri-sabitliyinin qarşısının alınması üçün beynəlxalq ictimaiyyəti vəziyyətə dərhal müdaxilə etməyə səsləyib.

Xatırladaq ki, İsrail rejiminə məxsus hərbi-hava qüvvələri Qəzza sektorunda yeləşən 100-dən çox obyektə hücum edib. Bu obyektlərin “strateji hərbi hədəflər” olduğu iddia edilib.

Digər bir məlumata görə, İsrailin hücumu nəticəsində Qəzzada südəmər körpə və anası şəhid olub. 

İsrail rejiminin ötən gecə Qəzza sektoruna endirdiyi zərbələr nəticəsində dinc sakinlər həlak olub.Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, hava zərbələrinin qurbanları arasında 23 yaşlı İnas Həmaş və onun 1 yaş yarımlıq qızı Bayan da var. İnasın həyat yoldaşı isə zərbə nəticəsində yaralanıb. Xatırladaq ki, İsrail tərəfi Qəzza ərazisinə azı 100 zərbə endirdiyini təsdiq edib.

 

Teqlər

Aug 09, 2018 23:54 Asia/Baku
Şərhlər