• Zövq və yaradıcılıqdan doğan peşə
    Zövq və yaradıcılıqdan doğan peşə

Gəlir əldə etmək üçün hər zaman böyük bir iş görmək lazım gəlmir. Kənardan çətin görünsə də yaradıcılıq və zövq tələb edən sadə işlər ilə də böyük məqsədlərə çatmaq mümkündür.

Müxtəlif ölçülərdə olan heykəllər, bəzək əşyaları habelə, mənzillərdə və ictimai məkanlarda istifadə edilmək üçün nəzərdə tutulmuş dekorativ əşyalar.

Sadə üsulla hazırlanmasına baxmayaraq, yaradıcılığa da malikdirlər.

“Silikoan adlı maddəni gipsdən hazırlanmış qəliblərə tökür və silikon qəliblər əldə edirik. Davamlı olması üçün isə tərkibinə bir qədər poliester və liflər də əlavə edirik. 15 dəqiqə qurumağa buraxdıqdan sonra onu silikon qəlibdən asanlıqla çıxardırıq. Növbəti mərhələ rəngləmə mərhələsidir. Daha sonra çərçivəyə alırıq. Bununla da məhsulumuz satışa hazır olur.”

Bu emalatxanada istehsal olunan məhsullar sırf dekorativ xarakter daşımır və başqa məqsədlər üçün də istifadə edilir.

“Biz burda güzgü çərçivəsi kimi bir sıra istehlak malları da istehsal edirik. Bu gördüyünüz qapı üzərinə quraşdırılmaq üçün nəzərdə tutulmuş bir tacdır. Bu isə bir sütundur və binanın fasadı üçündür.”

Bu emalatxanada ildə 20 min məhsul istehsal edilir. Amma, 13 il öncə İbadi qardaşları bu işə başladıqları zaman şərait fərqli idi.

“Mən iki qardaşımla birlikdə təqribən 13 il öncə bu işə başlamışam. O zamanlar sadəcə poliesterdən bir sıra kiçik fiqurlar hazırlayardıq. Zaman keçdikcə daha artıq təcrübə əldə edərək, işimizi böyütmək qərarına gəldik. Və hazırda bu emalatxanada 60 nəfər işçi çalışır. Amma, dolayısı ilə bu etmalatxana 320 nəfər üçün gəlir mənbəyi sayılır. Məhsullarımızı Azərbaycan, Türkiyə, İraq və Əfqanıstan kimi region ölkələrinə ixrac da edirik.”

Bu emalatxanada nə bahalı təchizatlar, nə də iri sərmayə qoyuluşundan xəbər yoxdur. Bütün sərmayəsi güclü iradə və yaradıcılıqdır.

“Bu iş o qədər də böyük sərmayə tələb etmir. 2-3 min dollar ilə kiçik bir emalatxana təsis etmək mümkündür. Son dərəcə gəlirli bir peşədir. Hal hazırda gündəlik istehsalımız 1000-1500 dollar civarındadır. Bu məbləğin 30%-i bizim gündəlik gəlirimizdir.”

Yerli xammal və sadə istehsal metodu bu peşənin üstün cəhətlərindən sayılır.  

 

 

Aug 10, 2018 16:17 Asia/Baku
Şərhlər