• Qiymətli daşların cilalanması
    Qiymətli daşların cilalanması

Qiymətli daşlar ta qədimdən insanları cəlb etmiş, bu daşların maraqlı xüsusiyyətləri öyrənilmiş, onların müalicəvi əhəmiyyətinə inanmışlar. Elə buna görə də onlardan həm bəzək, həm də müalicəvi məqsədlər üçün istifadə ediblər. Günümüzdə də bu daşlar öz gözəlliyi ilə insanları valeh etməkdə davam edir.

Sənətkarın bacarıqlı əllərində daşlar qiymətli gövhərə çevrilir.

 

“Sanki hər biri öz gözəlliyi ilə bizə nəsə demək istəyir. Cilalandıqca içindəki gözəllik daha artıq üzə çıxır.”

 

Gözəl xarici görünüşə malik olan daşlar burada cilalandıqdan sonra, qiymətli daşlara çevrilir.

 

“Sarıq əqiqdir, cilalandıqdan sonra üzük qaşı olacaq”

 

Əqiq, firuzə və digər qiymətli daşların dəyəri cilalandıqdan sonra bir neçə qat artır.

 

“Dünya səviyyəsində qiymətli daşlar bazarında illik dövriyyə 30 milyard dollardan çoxdur. Sənətkarın böyük ustalıq nümayiş etdirməsi ilə bu minerallar qiymətli daşlara çevrilir və bəzən dəyəri ilkin mayasından min qat daha çox olur.”

 

Yerli daşlarla bəzədilən bəzək əşyaları yaxşı gəlir mənbəyi olmaqla bir çox iş yerinin yaranmasına kömək edir.

 

“Hazırda bir çox ölkədə daşların emal edilməsi prosesi həyata keçirilir. Qiymətli daşları cilalayaraq, digər ölkələrə ixrac edirlər. İranda biz belə bir təbii qaynaqlara malik olduğumuz üçün, daşları özümüz cilalaya və daha sonra ixrac edə bilərik.”

 

Lorestanda yeni olmasına baxmayaraq, bu peşə bir çox tərəfdara malikdir.

 

“Lorestan vilayətində cavanlar arasında bu peşəyə böyük maraq olduğu üçün hazırda bu emalatxanada 50-yə yaxın gənc işlə məşğuldur.”

 

“Bizim məhsullarımızı əsasən zərgərlər və ya qiymətli daşların satışı ilə məşğul olanlar alırlar.”

 

Bu emalatxanada cilalanmış daşlar, usta zərgərin əlində bəzək əşyaları üzərindəki yerini alır.

 

“Hər bir daşın fərqli özəlliyi, ruhu və enerjisi var. Hər bir insan öz ruhuna uyğun daşlar seçir”

 

Bu sənət sabit və davamlı bazara malik olması ilə qiymətli daşların xammal şəklində ölkədən çıxmasını önləyə bilər.

 

Aug 12, 2018 21:27 Asia/Baku
Şərhlər