• İranın idman karvanı Qırğızıstanda keçirilən beynəlxalq köçərilər yarışlarında 12 medal əldə ediblər

İranın idman karvanı Qırğızıstanda keçirilən beynəlxalq köçərilər yarışlarında 4 qızıl, 3 gümüş və 5 bürünc medal əldə edərək, yarışların altıncısı olub.

İRNA-nın məlumatına görə, İranın idman karvanı 3-cü beynəlxalq köçərilər yarışlarında güləş və kəndir dartma yarışlarında 4 qızıl və 3 gümüş medal əldə edib. Çomaq dartmaq yarışlarında isə 4 bürünc medal qazanıb. Kuraş  yarışlarında da daha bir bürünc medal əldə edib. 

3-cü beynəlxalq köçərilər yarışları Qırğızıstanın İsık-Kul vilayətində keçirilib. Qırğızıstan bu yarışların qalibi olub. Rusiya və Qazaxıstan isə müvafiq olaraq ikinci və üçüncü olublar. 

Bu ilki yarışlarda 68 ölkədən gəlmiş 3 min idmançı iştirak edib. İran bu yarışlara 26 idmançı ilə qatılıb. 

Sep 08, 2018 22:06 Asia/Baku
Şərhlər