• Sanksiyaları fürsətə çevirən istedadlı gənclər
    Sanksiyaları fürsətə çevirən istedadlı gənclər

Dərman istehsalı sahəsində məhdudiyyətləri yarmaq və asılılığa son qoymaq üzrə səylər fasiləsiz olaraq davam edir. Dünənə kimi İranda “qoz” yetişdirməklə tanınan Tuysirkan şəhəri indi yerli sərmayə sahiblərinin investisiya qoyması ilə önəmli dərman istehsalçılarından birinə çevrilib.

Bura Tuysirkan şəhəridir. Öz qozları ilə dünya şöhrətinə malikdir. Amma, Tuysirkanın bütün sərvəti bundan ibarət deyil.

“Həmədan vilayətində əczaçılıq institutunun olmasına baxmayaraq, burada dərman istehsal olunmurdu.”

Düşmənin dərman sektoruna sanksiya tətbiq etməsi ilə yerli investorlar bunu bir fürsətə çevirmək qərarına gəldilər.

Bacarıqlı kadrların olması və düzgün sərmayə qoyuluşu ilə hazırda 3 əczaçılıq fabrikinə malik olan Tuysirkan ölkənin önəmli dərman istehsalçılarından biri sayılır.

“Əsas məqsədimiz ölkəmizin həssas dərmanlara olan asılılığını azaltmaqdır.”

Hər il bu dərman zavodunda 20 milyon şüşə şərbət, 1 milyard ədəddən çox tablet və 500 milyondan çox yumuşaq kapsul istehsal olunur.

“Yüksək keyfiyyətə malik olan bu dərmanlar valyutanın ölkədən çıxmasını önləyir.”

Bundan öncə xaricdən idxal edilən idmançılar üçün köməkçi qida vasitələrinin yerinə, indi bu mərkəzdə bitki tərkibli qida təkmilləşdiriciləri istehsal edilir.

“ V proteini ilə başlamışıq və gələcəkdə idmançılar üçün digər qida təkmilləşdiriciləri də istehsal edəcəyik.”

Bir zamanlar işsizlik üzündən öz şəhərlərini tərk etməyə məcbur olan gənclər indi bu mərkəzdə bir araya gəliblər.

“Bir neçə məzun yoldaşım ilə birlikdə öz şəhərimizə qayıdaraq, burada işləməyə başlamışıq.”

Dərman istehsalında istifadə olunan kimyəvi maddələr və bitki tərkibləri bu laboratoriyada yoxlanılır.

Ölkə daxilində daha yüksək keyfiyyətlə istehsal edilən dərman preparatlarının oxşar nümunələrinin xaricdən gətirilməsinin durdurulması ölkədən valyutanın çıxmasını önləməklə yanaşı, yeni iş yerlərinin yaranmasına da kömək edə bilər.  

Sep 09, 2018 21:34 Asia/Baku
Şərhlər