• İranlı atıcı 3 vəziyyətdə tüfənglə atəş gənclərarası dünya çempionatının qızıl medalını əldə edib

İranlı atlet Əmir Məhəmməd Nekunam Cənubi Koreyada keçirilən gənclərarası atıcılıq yarışlarında 3 vəziyyətdə(ayaq üzərində, oturaq və uzanmış vəziyyətdə) tüfənglə atəş açma növündə qızıl medal əldə edib.

İSNA-nın məlumatına görə, Əmir Məhəmməd Nekunam dünya güclüləri ilə sıx rəqabətin ardınca dünya çempionu olmağı bacarıb. Macarıstan və Çin isə müvafiq olaraq ikinci və üçüncü olublar.

52-ci beynəlxalq atıcılıq yarışları və 2020-ci il Tokio olimpiya yarışlarında iştiraka vəsiqənin əldə edilməsi üzrə mübarizədə 90 ölkədən gəlmiş 1804 idmançı iştirak edib. Sentyabrın birində Cənubi Koreyanın Canqun şəhərində start götürən yarışlar 15 sentyabrda başa çatıb.

Sep 10, 2018 13:50 Asia/Baku
Şərhlər