• İranlı atlet əlillərin Asiya-Okeaniya çempionatında gümüş medal əldə edib

Yaponiyada keçirilən əlillər arası ağırlıqqaldırma üzrə Asiya və Okeaniya çempionatında İran təmsilçisi 80 kq çəki dərəcəsində gümüş medal əldə edib.

İRNA-nın məlumatına görə, iranlı atlet Nadir Muradi bazar ertəsi günü 202 kiloqramlıq ağırlığın öhdəsindən gələrək, gümüş medal əldə edib. 

Çin və Qazaxıstan təmsilçiləri isə müvafiq olaraq birinci və üçüncü olublar. 

Bundan öncə digər iranlı atlet Ruhullah Rüstəmi 72 kq çəki dərəcəsində gümüş medal qazanmışdı. 

İranlı atlet Əlirza İzədi isə 49 kq çəki dərəcəsində 140 kiloqram ağırlığın öhdəsindən gələrək, qızıl medal qazanmışdı. 

Əlillər arası ağırlıqqaldırma üzrə Asiya və Okeaniya çempionatı 8 sentyabrda Yaponiyanın Kitakyuşu şəhərində start götürüb. Bu yarışlar 12 sentyabrda başa çatacaq. 

Sep 10, 2018 19:10 Asia/Baku
Şərhlər