• Xəzər suitisinin kökü kəsilir
    Xəzər suitisinin kökü kəsilir

20-ci əsrin əvvəllərində sayı bir milyondan çox olan Xəzər suitisi indi nəsli tükənmək təhlükəsi ilə üz-üzədir. Lazımi qayğı göstərilməzsə gələcək nəsillər Xəzərin bu  yeganə məməlisini görməkdən məhrum olacaqlar.

Yeganə Xəzər məməlisini tükənmək təhlükəsi gözləyir. Xəzər suitisini.

Ötən əsr ilə müqayisədə sayları 90% azalıb.

“19-cu əsrin sonlarında sayı 1 milyondan çox idi. İndi isə 100 mindən daha azdır.”

Sadəcə balalamaq və istirahət etmək üçün sahilə çıxırlar. Buna görə də onları görmək ümidi ilə dənizin içərilərinə doğru getmək lazımdır.

Gəminin kapitanı: “Onları görmək üçün 45 metrlik dərinliyə qədər getməliyik.”

2000-ci ildə Xəzər suitisi tükənmək təhlükəsi ilə üzləşdi. Və 2010-cu ildə isə İranda Holland alim Leni Hardın təşəbbüsü ilə Xəzər suitisi araşdırmaları mərkəzi yaradıldı.

Linda Hard: “Xəzər suitisi qida zəncirinin başında durur. Əgər nəsli tükənərsə, deməli ekosistem ciddi problemlə üzləşib.”

İranlı alim Dr.Mirzəcani Xəzər suitisinin kökünün kəsilməsinin səbəbini xəstəlik, kontrolsuz ovlanma, ətraf mühitin çirklənməsi, iqlim dəyişiklikləri, qida mənbəyinin azalması, qartal və canavarlar tərəfindən ovlanılması adlandırır.

“Adətən Rusiya sahillərində buzların üzərində balalayırlar.”

Bu 3-4 aylıq bir suiti balasıdır. Balıqçı toruna ilişib. Tordan azad edildikdən sonra, yenidən Xəzərə buraxılır.

Statistikalara əsasən hər il İran sahillərində ölmüş 20  suiti aşkar edilir.

Sep 11, 2018 21:27 Asia/Baku
Şərhlər