• Oştormel kəndi və sənətkar əhalisi
    Oştormel kəndi və sənətkar əhalisi

Qədim keçmişə malik olan ağac üzərində oyma sənətini günümüzə qədər yaşadan Oştormel, kiçik bir kənd olmasına baxmayaraq, öz bacarıqlı ustaları sayəsində bu gün İran iqtisadiyyatında xüsusilə qeyri-neft sektorunda gözə çarpacaq paya malikdir.

Hər evin kənarında bir emalatxana.

“Bu işlə məşğul olmaq üçün o qədər də böyük bir emalatxanaya ehtiyac yoxdur.”

Oştormel kəndinin sakinləri öz bacarıqlı əlləri ilə cansız ağaclara ruh verirlər. Bu iş üçün isə onlara bir neçə çəkic və isgənə kifayət edir.

“Bur bir əl işidir. Bacarığı və marağı olan hər bir kəs bu işlə məşğul ola bilər.”

Kənd boyunca hər yerdə ağaca rast gəlirsən. Sanki ağaclar kəndinə səfər edibsən.

“Biz uşaqlıqdan ağac ətrinə və bu alətlərlə işləməyə adət etmişik.”

Özlərinə məxsus naxışları da var. Qönçə güllər Oştormel kəndinin simvoluna çevrilib.

“Oturacaqlardan birini gətir, qoy üzərindəki qöncə güllərin necə də gözəl olduğunu görsün. Üzərində 120 şəbəkə var. Bunu iskənə ilə yonur, mişar ilə kəsirik. Sonra da yegə ilə cilalayırıq.”

Oştormelli sənətkarların əl işlərinə baxdıqda, bu kənddə ağac üzərində oyma sənətinin qədim keçmişə malik olduğunu anlayırsan.

Uşaqdan tutmuş böyüyə, kişidən tutmuş qadına, bu kənddə hər kəs sənətkardır.

Əlbəttə, bu peşə Oştormel kəndində əks mühacirətə də səbəb olub.

“Əgər bu peşə olmasaydı, əmin olun ki, indi Oştormel kəndində 500 nəfərə də rast gələ bilməzdiniz.”

Oştormel kəndinin sakinləri bu peşədən ildə 2.5 milyon manat gəlir əldə edirlər.

“Bizim məhsullarımız əsasən Tehran, İsfahan və Məşhəd kimi iri şəhərlərə ixrac edilir.”

Onlar yorulmadan çalışırlar və əl işlərinin digər insanlar üçün rahatlıq gətirəcəyinə inanırlar.

Kənd sənətkarları bu sənəti yaşatmağa çalışaraq, heç bir dəzgahın əl işini əvəz edə bilməyəcəyini deyirlər.

“Bir çox emalatxanada ağacları yonmaq üçün dəzgahdan istifadə edirlər. Bu saxtakarlıqdır və əl işi sayılmır.”

 

Oct 07, 2018 21:36 Asia/Baku
Şərhlər