• İran dünyanın 40 ölkəsinə nano məhsullar ixrac edir
    İran dünyanın 40 ölkəsinə nano məhsullar ixrac edir

İran İslam Respublikasının nano texnologiyanın inkişafı qərargahının katibi İrandan dünyanın 40 ölkəsinə nano məhsulların ixrac edildiyini bildirib.

İranın nano texnologiyanın inkişafı qərargahının katibi Səid Sərkar bu gün bazar ertəsi jurnalistlər qarşısında deyib: İran Çin, Türkiyə və İnoneziyada nano texnologiyalar ofisinə və nano məhsullarının tanıtımı üçün daimi sərgilərə malikdir və tezliklə İraq və Hindistanda da oxşar ofislər açılacaq. 

Sərkar daha sonra Omanın İranın elm təməlli şirkətləri ilə birgə əməkdaşlıq yolu ilə nano texnologiya şəhərciyi salmaq istədiyinə işarə edərək, deyib: Omanda nano şəhəri İranın nano şirkətləri üçün münasib fəaliyyət bazası olacaq. 

Teqlər

Oct 08, 2018 21:47 Asia/Baku
Şərhlər