Oct 23, 2018 10:57 Asia/Baku
  • İran Macarıstanda keçirilən güləş yarışlarında daha bir bürünc medal qaza
    İran Macarıstanda keçirilən güləş yarışlarında daha bir bürünc medal qaza

İranlı güləşçi Əlirza Kərimi Macarıstanın paytaxtı Budapeştdə keçirilən sərbəst güləş üzrə dünya çempionatının davamında 92 kq çəki dərəcəsində bürünc medalın sahibi olub.

İRNA-nın məlumatına görə, Əlirza Kərimi bazar ertəsi günü 92 kq çəki dərəcəsində gürcüstanlı rəqibli Dato Marsaqişvili ilə qarşılaşıb. Görüş 12-1 hesabı ilə İranlı güləşçinin xeyrinə başa çatıb. 

İranın sərbəst güləş üzrə milli komandası bundan öncə 86 və 125 kq çəki dərəcələrində 2 bürünc medal əldə etmişdi. 

"Budapeşt-2018" dünya güləş çempionatı 20 oktyabrda Macarıstanda start götürüb. Yarışlar 28 oktyabra kimi davam edəcək. 

Teqlər

Şərhlər