• İranlı mütəxəssislər yeni bir uğura imza atıblar
    İranlı mütəxəssislər yeni bir uğura imza atıblar

Sanksiyalar və məhdudiyyətlərə baxmayaraq, İranın neft, qaz və neft-kimya sahəsində fəaliyyət göstərən bacarıqlı və istedadlı mütəxəssislər bütün ehtiyacların yerli imkanlar hesabına təmin edilməsi yolunda inamla addımlayır və hər gün yeni bir uğura imza atırlar.

“Kompleksimizin bir illik səyinin nəticəsidir.”

“Qaz emalının ən önəmli təchizatlarından biridir.”

“Dimetanayzer” otağı neft, qaz və neft-kimya sənayesində ən ağıt təchizatlrdan biridir. Bu təchizatın istehsalı isə bir neçə ölkənin inhisarındadır.

“İlk dəfə olaraq ölkə daxilində “dimetanayzer” otağını istehsal etməyə nail olmuşuq.”

70 metr uzunluğu və 1000 ton ağırlığı olan bu təchizatın ölkə daxilində istehsal edilməsi ilə milyonlarla avronun ölkədən çıxmasının qarşısı alınıb.

“Ötən illər ərzində biz belə bir təchizatın istehalı üçün lazım olan büdcəni onların Avropa və ya Asiya ölkələrindən alınaraq, ölkəmizə gətirilməsinə xərcləyirdik.”

Bu təchizatdan təbii qazın emalında istifadə edilir.

“Bu təchizat metan iləyanaşı, etan və digər qaz konsendantlarının təbii qazdan ayrılmasında istifadə edilir.”

Keçmişdə metanın təbii qazdan ayrılmasından sonra, yerdə qalan maddələr yandırılaraq, məhv edilirdi.

“Bu təchizat ilə emal edilən qazlardan əldə olunan maddələrdən faydalı məhsullar istehsal edilir.”

Bu “dimetanayzer” otağı Kənqan neft-kimya kompleksində quraşdırılmalıdır.

“Bu, bizim ölkənin nef-kimya sənayesinə hədiyyəmizdir.”

“Dimetanayzer” otağı Fateh Sənət Kimya kompleksində istehsal olunan onlarla mühüm təchizatdan biridir.

 

Nov 04, 2018 21:38 Asia/Baku
Şərhlər