• Pekin Film Akademiyası iranlı rejissora fəxri ad verib
    Pekin Film Akademiyası iranlı rejissora fəxri ad verib

İranlı rejissor Məcid Məcidi Pekin Film Akademiyasının fəxri professoru adına layiq görülüb.

İRNA-nın verdiyi məlumata görə, dünən axşmal Pekin Film Akademiyasında keçirilən bir mərasimdəMəcid Məcidinin kino sahəsindəki dəyərli fəaliyyətlərinə görə bu akademiyanın fəxri adı akademiyanın sədr əvəzi tərəfindən iranlı rejissora təqdim olunub. 

 Çinin kinematoqrafiya sahələrinin fəalları və tələbələrindən ibarət 700 nəfərin iştirakı ilə keçirilən bu mərasimdə həmçinin Məcid Məcidinin " səma uşaqları" və " serçənin nəğməsi" adlı iki filmi Çin Film Akademiyasının tədris mənbələri kimi təqdim olunub. 

1950-ci ildə təsis olunmuş Çin Film Akademiyası Asiyada ən iri film akademiyasıdır. 

Teqlər

Nov 07, 2018 14:43 Asia/Baku
Şərhlər