• İranlı atletlər dünya çempionatında 5 medal əldə ediblər

İranın ağırlıq qaldırmaq üzrə milli komandasının üzvləri Türkmənistanda keçirilən dünya çempionatında 102 kq çəki dərəcəsində 2 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Aşqabadda keçirilən ağırlıq qaldırmaq üzrə dünya çempionatının davamında Əli Haşımi və Rza Biravənd 102 kq çəki dərəcəsində 2 qızıl, 1 gümüş və 2 bürünc medala layiq görülüblər. 

Əli Haşımi bir dəfəyə qaldırmada gümüş medalın sahibi olub. Təkanla qıdlrmada isə bürünc medal əldə edib. Amma, qaldırılan ağırlığın ümumi çəkisi baxımından (396 kq) birinci olaraq qızıl medala layiq görülüb. 

Biravənd də təkanla qaldırmada qızıl medala yiyələnib. Və ümumilikdə 393 kq ağırlığı başı üzərinə qaldırdığı üçün bürünc medala layiq görülüb. 

Teqlər

Nov 09, 2018 11:20 Asia/Baku
Şərhlər