• İranın çimərlik futbolu üzrə yığma komandası qitələrarası kuboku qazanıb
    İranın çimərlik futbolu üzrə yığma komandası qitələrarası kuboku qazanıb

İran İslam Respublikasının çimərlik futbolu üzrə yığma komandası Rusiya komandasına qalib gələrək, qitələrarası kuboku qazanıb.

İran və Rusiyanın çimərlik futbolu üzrə yığma komandaları dünən gecə əmirliklərdə keçirilən interkontinental kubok yarışlarının finalında görüşüblər. Bu görüş 4-2 hesabı ilə İranın xeyrinə başa çatıb.

İran qrup mərhələsində də Rusiyanı məğlub edə bilmişdi.

İranın çimərlik futbolu üzrə yığma komandası qrup mərhələsində ABŞ, Tahiti və Rusiya komandaları ilə bir qrupda yarışırdı.

Əmirliklərdə keçirilən interkontinental kubok yarışlarında dünyanın səkkiz güclü komandası- İspaniya, Braziliya, əmirliklər, Misir, İran, Rusiya, Tahiti və ABŞ komandaları iştirak ediblər.

Nov 11, 2018 09:03 Asia/Baku
Şərhlər