• İran
    İran "İvan Yarıqin Kuboku"nun qalibi oldu

İranın güləş komandası Moskvada keçirilən sərbəst güləş üzrə İvan Yarıqin Kuboku yarışlarının qalibi olub.

İran komandası Rusiyada keçirilən sərbəst güləş üzrə İvan Yarıqin Kuboku yarışlarında 4 qələbə ilə  çempion olub. Bu qələbə növbəti qələbələr üçün iranlı güləşçilərdə böyük ruh yüksəkliyinə səbəb olub.

İranlı güləşçilərdən biri deyir: “Allaha şükürlər olsun ki, komanda üzvləri çox yaxşı mübarizə apardılar. Bu ilk dəfədir ki, biz Moskvada Rusiya komandasını məğlub edə bilmişik. Hətta, ən güclü komandalarımız ilə belə, bu nəticəni əldə edə bilməmişdik. Amma, bu dəfə bunu bacardıq. Buna görə komanda üzvlərini təbrik etmək lazımdır. Ümidvaram bu qələbə qarşıdan gələn dünya çempionatı və olimpiya yarışlarında daha böyük uğurların başlanğıcı olsun.”

Bir başqa güləşçi isə dedi: “Rusiyada keçirilməsini nəzərə alaraq, bu yarışlar həmişə yüksək səviyyədə olub və biz yaxşı nəticə əldə edə bildik.”

97 və 125 kq çəki dərəcələri üzrə keçirilən fərdi yarışlarda da iranlı güləşçilər Frutən və Mühibbi bütün rəqiblərini məğlub edərək, ilk iki yeri özlərinə aid ediblər.

Mühibbi deyir: “Biz dünən axşamdan bəri 6 dəfə mübarizə aparmışıq. Çox ağır bir turnament idi.”

Frutən isə deyir: “Bütün rəqiblərimizi məğlub edərək, finalda qarşı-qarşıya gəldik və qələbəsi münasibəti ilə Mühibbini təbrik etmək istəyirəm.”

 

 

 

Dec 03, 2018 20:40 Asia/Baku
Şərhlər