• Messi-Ronaldo erası başa çatdı; Qızıl top-2018 Luka Mudriçə verildi

İspaniyanın Real Madrid komandasının ulduzu, Xorvatiya yığmasının kapitanı 33 yaşlı Luka Mudriç "Qızıl top-2018"in sahibi olub.

İRNA-nın məlumatına görə, Qızıl Top mükafatının Luka Mudriçə verilməsi ilə İspaniyanın Barselona komandasının argentinalı bombardiri Leonel Messi ilə hazırda Yuventus komandasının tərkibində yer alan portuqaliyalı ulduz Kriştiano Ronaldonun 10 il davam edən krallığı başa çatıb. 

İlin ən yaxşı futbolçusunun mükafatlandırılması mərasimi bazar ertəsi axşam Parisin Qrənd Palas otelində keçirilib. 

Ronaldo bu ilki reytinq cədvəlində dünyanın ikinci ən yaxşı oyunçusu adını qazanıb. Messi isə 5-ci yerə süqut edib. 

Mudriç daha öncə FİFA tərəfindən ilin ən yaxşı oyunçusu seçilmişdi. 

Mudriç cari ildə dünya çempionatının ən yaxşı oyunçusu və Avropada ilin ən yaxşı oyunçusu seçilib. 

Dec 04, 2018 10:53 Asia/Baku
Şərhlər