• 25-ci
    25-ci "Sığorta və İnkişaf" seminarı - Tehran

"İnnovasiya və İnformasiya Texnologiyaları" Tehranda keçirilən 25-ci illik "Sığorta və İnkişaf" seminarının şüarı təyin edilib.

Sığorta sənayesi dünyada innovativ sənaye sahələrindən biri sayılır. Bu sənaye hələ qədim zamanlardan dünyanın tanınmış ölkələrinin maliyyə sektorunda önəmli sahələrdən biri olub və bu sənayenin iqtisadiyyatın inkişafındakı rolu və təsirindən hər kəs xəbərdardır.

 

Pərviz Xosrovşahi - İranın Mərkəzi Sığorta İdarəsinin rəis müavini

25-ci illik sığorta və inkişaf seminarı "Sığorta sənayesi, innovasiya və informasiya texnologiyaları" şüarı ilə və sığorta günü ilə bir vaxtda Tehranda, Milad qülləsində keçirilib.

 

Dünyada sığorta şirkətlərinin təqribən 80%-iinkişaf etmiş ölkələrin payına düşür. Yerdə qalan 20%-i isə inkişaf etməkdə olan ölkələrin payına düşür. Onun da 10%-i Çinə aiddir.

 

İnformasiya texnologiyaları öz genişliyi və inkişaf sürəti ilə irəliyə doğru hərəkət edir və dünya bazarında qalmaq və digərlərindən önə keçmək üçün güclü vasitə hesab olunur. Sığorta şirkətləri də bu imkandan maksimum istifadə etməlidirlər.

 

Qulamrıza Süleymani - İranın Mərkəzi Sığorta İdarəsinin rəisi

 

Xoşbəxtlikdən "start up"ların sığorta sektoruna daxil olması ilə bu sahədə yaxşı irəliləyişin şahidi olmuşuq. "start up"ların müsbət cəhətlərindən biri İranda bütün sığorta şirkətlərini əhatə etməsidir. Bu, həm sığorta əməliyyatının sürətləndirilməsinə, həm də dəyən zərər və ziyanın dəqiq və sürətlə hesablanmasına,  ödənişin ən qısa zamanda həyata keçirilməsinə imkan verir.

 

İran İslam Respublikasının vitse prezidenti İshaq Cahangiri mərasimin açılış mərasimində deyib: Sığorta sənayesi elə bir tərəfə hərəkət etməlidir ki, xalqa daha keyfiyyətli, daha sürətli və daha yaxşı xidmət göstərə bilsin.

 

Sığorta sənayesindən başlıca gözlənti ən böyük sərmayəsi olan xalqın etimadını qoruması, və onları sığortanın ən böyük dayaq olduğuna inandırmasıdır. Sığorta sənayesinin üzərinə düşən ən böyük məsuliyyət heç bir sahənin sığortasızlıqdan zərər çəkməsinə imkan verməməsidir.

 

O, ABŞ-ın İran ilə düşmənçiliyinə işarə edərək, deyib: Bu dəfə amerikalılar qeyri-adi bir hərəkətə yol veriblər. Bu onların dünyada rüsvay olmasına səbəb olub. Sanksiyalar ən çox xəstələr, yaşlılar, uşaqlar və az təminatlı təbəqə üçün mənfi təsirlərə malikdir. Bundan kənar deyilənlərin hamısı yalandır - deyə Cahangiri bildirib.

Dec 04, 2018 20:26 Asia/Baku
Şərhlər