• 2-ci beynəlxalq İran-Avropa Ürək Seminarı - Məşhəd
    2-ci beynəlxalq İran-Avropa Ürək Seminarı - Məşhəd

İkinci beynəlxalq İran-Avropa Ürək Seminarına start verilib. Dünəndən etibarən Məşhəd şəhərində başlayan və dörd gün davam edəcək bu elmi seminarda 20 ölkədən gəlmiş ürək həkimləri və mütəxəssislər iştirak edirlər. Bu seminarda ürək xəstəlikləri və onların müalicə yolları ilə bağlı ən son nailiyyətlər haqda fikir mübadiləsi aparılacaq.

İnsan bədənindəki ən çalışqan orqan. Yetişkin bir insan ürəyi orta hesabla hər dəqiqədə 72, gün ərzində isə 100 min, il ərzində isə 3.6 milyon dəfə dəfə döyünür. Fasiləsiz olaraq çalışan bu orqanın bir anlıq dayanması insan həyatını təhlükəyə ata bilər. Həkimlərin dediklərinə görə, yağlı və kalorili yeməklərdən istifadə, siqaret və tütün məmulatlarından istifadə, çirkli hava və stress dünyada ürək və damar xəstəliklərinin yayılmasının başlıca səbəbləri hesab olunur.

Seminar iştirakçılarından biri deyir: “Xüsusilə sənayeləşmiş toplumda ən geniş yayılmış ürək xəstəliklərindən biri koronar arteriya xəstəliyidir. Hərəkətsiz həyat tərzi və köklük bu xəstəliyin yaranmasının başlıca səbəbləri hesab olunur.”

İranlı həkimlər bu günlər yüksək bacarıq və istedad sayəsində tibb sahəsində yaxşı uğurlar əldə etməyi bacarıblar. Elə buna görədir ki, burada, Məşhədin Rəzəvi Xəstəxanasında 20 ölkədən gəlmiş 600-dən çox həkim və mütəxəssis ən son nailiyyətlərini bölüşməyə çalışırlar.

Seminar iştirakçılarından biri deyir: “İstər koroner arteriya xəstəliyi, istərsə də anadangəlmə ürək qapaqcıqları xəstəliklərinin müalicəsi sahəsində yaxşı irəliləyişlər əldə edilib. Və tam cürətlə deyə bilərəm ki, İran bu sahədə regionun öncül ölkələrindəndir.”

Seminarın xarici qonaqları da iranlı mütəxəssislərin ötən illər ərzində ürək-damar xəstəliklərinin müalicəsi sahəsində əldə etdikləri uğurlardan danışıblar.

Seminarın xarici qonaqlarından biri deyir: “Mən təqribən 3-4 il öncə də İranda olmuşam. Və ötən bu müddət ərzində iranlı həkimlər daha çox inkişaf edərək, yeni uğurlar əldə ediblər.”

Seminarın bir başqa xarici iştirakçısı deyir: “Mən ikinci dəfədir ki, İrana səfər edirəm və bu seminarda iştirak etdiyim üçün çox şadam. Qənaətimə görə, bu seminar çox konstruktiv və səmərəli olub. Seminarda dünyanın tanınmış cərrahları tərəfindən dəyərli fikirlər səsləndirilib.”

İran İslam Respublikasının beynəlxalq səviyyəli seminarlar və konfranslara ev sahibliyi etməsi və bu seminarlada xarici mütəxəssislər ilə fikir mübadilələrinin aparılması ölkədə tibbin daha artıq inkişaf etməsində böyük təsirə malikdir.

 

Teqlər

Dec 06, 2018 20:51 Asia/Baku
Şərhlər