Dec 12, 2018 12:31 Asia/Baku
  • "Qara yol" İstanbul "İpək yolu" film festivalının "ən yaxşı film" mükafatını qazanıb

İranlı rejissor Leyla Novruzinin çəkdiyi "Qara yol" filmi İstanbul "İpək yolu" film festivalının "ən yaxşı film" mükafatını qazanıb.

Altıncı "İpək yolu" film festivalı Türkiyə mədəniyyət nazirliyinin Kino İdarəetmə Baş İdarəsinin iştirakı ilə Kino və Televiziya Filmləri Sahibləri Birliyi tərəfindən keçirilib. 

Qırğızıstan, Özbəkistan, Azərbaycan Respublikası, Qazaxıstan, İtaliya, Suriya, Hindistan və Yunanıstandan olan kinematoqraflar bu festivalda iştirak ediblər.

Şərhlər