Dec 15, 2018 21:18 Asia/Baku
  • Sabah İmam Həsən Əsgərinin(ə) mövlud günüdür
    Sabah İmam Həsən Əsgərinin(ə) mövlud günüdür

Sabah 1440-cı hicri qəməri ili rəbiüs-sani ayının 8-i, 16 dekabr 2018-ci il İmam Həsən Əsgərinin(ə) mövlud gününə təsadüf edir.

İmam Həsən Əsgəri(ə) hicrətin 232-ci ilində, rəbiüs-sani ayının 8-ində Mədinə şəhərində dünyaya göz açıb. 

İmam Həsən Əsgəri(ə) İslamı dinini qorumaq üçün insanlar arasında yaranmış şübhələrə aydınlıq gətirərək, onları haqq yola hidayət edib. 

Şiələrin 11-ci imamı Quran-Məcidin misilsiz təfsirçilərindən olub. O, imamət dvründə bu səmavi kitabın düzgün formada təfsir olunması metodunu insanlara bəyan edərək, müsəlmanları İslamın ali məqsədləri yolunda addımlamağa istiqamətləndirib. 

İmam Həsən Əsgəri(ə) uşaqlıq dövründə atası İmam Hadinin(ə) elmindən bəhrələnib və 22 yaşında olarkən, atasının şəhid edilməsinin ardınca, imamət kimi mühüm bir məsuliyyəti üzərinə götürüb. Və 6 il müddətinə bu mühüm vəzifəni ən yaxşı formada yerinə y etirib. 

İmam Həsən Əsgərinin(ə) həyatı Abbasi xəlifələrindən olan Mötəz, Möhtədi və Mötəmidin dövrlərinə təsadüf edir. Boğucu atmosferin hakim olmasına rəğmən İmam Həsən Əsgəri(ə) müsəlmanları məlumatlandırmaq və düzgün yola hidayət etməklə səadətə aparan yolu onlara göstərib. 

İran İslam Respublikasının Teleradio Təşkilatı olaraq İmam Həsən Əsgərinin(ə) mövlud günü münasibəti ilə dünya müsəlmanlarını xüsusilə də şiələri təbrik edirik. 

Teqlər

Şərhlər