Jan 06, 2019 17:57 Asia/Baku
  • Bu dəfə İran
    Bu dəfə İran "Səhənd"lə yer kürəsini dolanacaq

Bu dəfə İran "Səhənd"lə yer kürəsini dolanacaq.

"Səhənd" esminesi İran İslam Respublikası ordusunun dəniz qoşunlarının ən modern esminesi olaraq, iranlı mühəndislərin bacarıqlı əlləri ilə düzəldilibdir. Bu esmines 1300 ton çəkiyə, 96 metr uzunluğa və saatda 46300 metr sürətə, həmçinin suüstü, sualtı və hava silah növlərini daşımaq, eləcə də düşmən lokatorlarını qəflətə qapıltmaq və çaşdırmaq imkanına malikdir.

Müsahibə(İran İslam Respublikası ordusunun dəniz qoşunlarının komandanı, kontr-admiral Hoseyn Xanzadi):

İran İslam Respublikasının "Cəmaran" tipli digər esminesi ilə müqayisədə daha bir tam İran istehsalı olan esminesinin İranın dəniz donanmasına qoşulmasının şahidi olacağıq.

Lokatordan yayınma xüsusiyyətinə malik olan bu çox güclü esmines yüksək səviyyədə manevr qüdrətinə, səth-səth, səth-hava raket sistemləri, torpedaatma, hücum və müdafiə qabiliyyətlərinə malikdir. Həmçinin bu gəmi dəstək olmadan çox yüksək təlatümlü sularda 150 gündən çox dənizçilik qabiiliyətinə malikdir.

Müsahibə(İran İslam Respublikası ordusunun dəniz qoşunlarının komandanı, kontr-admiral Hoseyn Xanzadi):

Mütləq İran İslam Respublikasının düşmənləri üçün qəfil bir hərəkətdir.

Vertolyot, suüstü və sualtı silah növlərini daşımaq qabiiyyəti bu İran esminesinin qabiliyyətlərinin təkcə bir güşəsidir.

Müsahibə: 

Alüminium korpusun yerinə, dünyada əlçatılmaz, sərt və modern xəlitələrdən istifadə ilə tamamilə yerli formada düzəldilmiş metal korpusa malikdir.

Amerika və digər qüdrətlər təsəvvür etmirdilər ki, İranın dəniz qoşunlarının qəhrəmanları bir gün Atlantik okeanına daxil olacaqlar, amma bu gün dəniz qüvvələri qüdrətlə dünyanın bütün sularında İran İslam Respublikasının milli maraqlarını müdafiə edir və təhdidlər qarşısında qüdrətlə dayanırlar.

"Səhənd" esminesi Asiyanın qərbində ən modern esmines kimi okeanların dalğalarını yaracaq ki, iranlı özünəinamın simvolu olmuş olsun.

Müsahibə(İran İslam Respublikası ordusunun dəniz qoşunlarının komandanı, kontr-admiral Hoseyn Xanzadi):

Bu ondan xəbər verir ki, düşmənin gülünc sanksiyaları İran İslam Respublikası ordusunun dəniz qoşunlarının qüdrətə və iqtisadi müstəqilliyə çatmasına heç bir təsir göstərməyibdir.

İranın dəniz donanmasının regional və beynəlxalq sularda güclənməsi elə bir şəraitdədir ki, Amerika 2001-ci ildən bəri regionda öz hərbi iştirakının gücləndirilməsi və genişləndirilməsi planını gündəmə gətirib və bu istiqamətdə həssas məntəqələrə yiyələnmək məqsədilə öz hərbi bazalarını genişləndiribdir.

Hal-hazırda dünyanın az sayda ölkəsi beynəlxalq sularda iştirak qüdrətinə malikdir. İran donanmasının Hind okeanının şimalında dünyanın dörd iqtisadi istiqamətində iştirakı və hazırda dəniz qoşunlarının Atlantik okeanında tapşırıq yerinə yetirmək üzrə proqramı İranın dəniz meydanlarındakı hərbi qabiliyyətlərindən söz açır.

Şərhlər