Jan 08, 2019 20:39 Asia/Baku
  • 3 iranlı qadın Asiyanın 50 qadın alimi arasında
    3 iranlı qadın Asiyanın 50 qadın alimi arasında

3 iranlı qadının adı "Asiyalı qadın alimlərin bioqrafiyası" kitabına daxil edilib. Bu kitab Asiya Elmlər Akademiyası və Elmi Mərkəzləri Cəmiyyəti tərəfindən hazırlanıb.

İRNA-nın verdiyi məlumata görə, Tahirə Kağızçı və Zəhra İmamcümə  İranın Elmlər Akademiyası tərəfindən adları təqdim edilən iki iranlı qadın alimdir. Onların adları Asiyanın ən üstün qadın alimləri olaraq Asiyanın elmi dairələrinə təqdim edilib.

Tahirə Kağızçı  İranın Elmlər Akademiyasının Mühəndislik Elmləri Qrupunun üzvüdür. O, Əmir Kəbir Sənaye Universitetində kimya mühəndisliyi tədris edir.

Zəhra İmamcümə də Tehran Universitetinin Kənd Təsərrüfatı və Təbii Qaynaqlar İnstitutunda qida mühəndisliyi dərsini tədris edir.

Bu iki iranlı qadın alim ilə yanaşı Məhşid Firuzi adlı daha bir İran əsilli qadın alimin adı Avstraliya Elmlər Akademiyası tərəfindən bu ölkənin iki ən yaxşı qadın alimindən biri olaraq təqdim edilib.

Şərhlər