Jan 08, 2019 21:30 Asia/Baku
  • İranlı mütəxəssislər yeni uğura imza atdılar
    İranlı mütəxəssislər yeni uğura imza atdılar

İranlı mütəxəssislər iri istilik dəyişdirici cihazların istehsalında istifadə edilən dəmir vərəqlərin hazırlanmasında istifadə edilən ağır press dəzgağının yerli nümunəsini hazırlamaqla, ölkənin bu strateji məhsula olan ehtiyacını təmin etməyi bacarıblar.

Bu zavodun mütəxəssisləri bir neçə il öncə dünyanın ən kiçik istilik dəyişdirici cihazını düzəltməklə böyük bir uğura imza atıblar.

 

“Layihələşdirmə proqramı özümüzə aiddir və bu sahədə xaricə asılılıq yoxumuzdur.”

 

Bu istilik dəyişdirici cihaz kiçik ölçülü olması ilə yanaşı, geniş istifadəyə malikdir.

 

“Vərəqələr arasındakı sürtünmə sahəsi artdığı üçün istiliyin ötürülməsi də artır.”

 

Bu zavodun məhsulları sadəcə kiçik və orta sənaye müəssisələrinin ehtiyaclarını təmin etsə də, mütəxəssisləri böyük düşünməyə çalışırlar.

Neft, qaz və neft-kimya sənayesi üçün böyük istilik dəyişdirici cihazları.

 

“Daha iri istilik dəyişdirici cihazların istehsalı üçün metal vərəqələrə daha artıq təzyiq göstərə bilən iri press dəzgahına ehtiyac var idi.”

 

Belə bir dəzgahın alınması üçün lazım olan 6 milyon dollarlıq vəsaiti təmin etmək mümkün olsaydı belə, sanksiyalar onun ölkəyə gətirilməsinə icazə vermirdi.

 

“Bu da bizi yerli mütəxəssislərdən kömək alaraq, bu dəzgahı təmin etməyə sövq etdirdi.”

 

Bu şirkətin mütəxəssisləri 4 il ərzində lazım olan press dəzgahını düzəltməyi bacardılar.  

 

“Bu press dəzgahından istifadə edərək biz neft, qaz, neft-kimya və polad sənayesində istifadə edilən istilik dəyişdirici cihazları istehsal edə bilirik.”

 

“Keyfiyyət xeyli yaxşılaşıb və birbaşa olaraq 170 yeni iş yerinin açılmasına səbəb olub.”

 

Bu nəhəng dəzgahın düzəldilməsi üçün 540 ton polad istifadə edilib. İstilik dəyişdirici cihazların kimyəvi turşularla yuyulması aparatı, sürtgü yağları üçün soyuducu cihaz və istilik dəyişdirici cihazın fəaliyyətinə nəzarət edən aparat bu şirkətin digər məhsulları sayılır.

 

 

 

Şərhlər