Jan 12, 2019 20:31 Asia/Baku
  • Nyu-York tayms: Orta şərqin cəvahiri olan İrana səfər edin
    Nyu-York tayms: Orta şərqin cəvahiri olan İrana səfər edin

Amerikanın mötəbər qəzeti olan Nyu-York Tayms 2019-cü ildə dünyanın 52 ən gözəl məqsədlərindən biri kimi İranı təqdim edib və turistləri İrana səyahət etməyə çağırıb.

Nyu-York Tayms qəzeti bu günkü sayında 2019-cu il üzrə dünyanın ən görməli 52 məkanı başlıqlı yazısında İranı vəsf edərkən belə yazıb: Orta şərqin cəvahiri olan İrana səfər edin, baxmayaraq ki, Donald Trampın hakimiyyətə gəlməsindən sonra İran ilə Amerika arasında qarşıdurma artıb amma avanturistlərin İrana safərə həvəsləri də artıb. 

Amerikan qəzet Pars imperatorluğundan qalan xarabalıqlar, müxtəlif şəhərlərdəki qədim məscidlər və böyük bazarları və paytaxt Tehrandakı sarayları xüsusi vurğulayıb. 

Nyu-York Tayms yazıb: 2019-da İrana səfər üçün başqa bir səbəb isə Tehranın müasir sənətlər muzeyində keçiriləcək sərgidir. 

Amerikan qəzet yazıb: Həmçinin islam inqilabından sonrakı illərdə aşkar edilmiş tarixi əsərlər də muzeylərdə saxlanılır.

 

Şərhlər