Jan 16, 2019 14:22 Asia/Baku
  • PressTV-nin aparıcısı həbs edildi - Amerikada
    PressTV-nin aparıcısı həbs edildi - Amerikada

ABŞ polisi ailəsi ilə görüşmək üçün Amerikaya səfər edən PressTV-nin aparıcısı Mərziyə Haşimini heç bir səbəb göstərmədən həbs edib.

PressTV-nin verdiyi məlumata görə, bu kanalın aparıcısı Mərziyə Haşimi hazırda Vaşinqtonda həbsdədir.

Deyilənlərə görə, ABŞ polisi bu müsəlman qadını həbs etdikdən sonra, onun hicabını əlindən alıb və ona tam örtünmək imkanı verməyən bir paltar veriblər.

Mərziyə Haşimi ailəsi ilə saxladığı əlaqədə əlləri və ayaqlarına qandal vurulduğunu və ona donuz ətindən hazırlanmış yeməklər verdiklərini amma, onun bu yeməkdən imtina etdiyini bununla da yeməkdən məhrum edildiyini bildirib.

PressTV-nin bildirdiyinə görə, əslən amerikalı olan Mərziyə  Haşimi Amerikaya olan səfərlərində daim xüsusilə hava limanlında təhlükəsizlik işçiləri tərəfindən pis rəftarın şahidi olmasından şikayətlənərdi. Amma, indiyə kimi onunla bu şəkildə rəftar edilməmişdi.

ABŞ polisi və məhkəmə orqanları Mərziyə Haşiminin saxlanılmasından 3 gün keçməsinə baxmayaraq, ona qarşı hansısa ittiham irəli sürmür və hansı səbəblə həbs olunduğuna aydınlıq gətirmirlər.

Teqlər

Şərhlər