Jan 18, 2019 12:43 Asia/Baku
  • İmam Xomeyni(r.ə)-in Qorbaçova məktubunun otuzuncu ildönümü qeyd olunub
    İmam Xomeyni(r.ə)-in Qorbaçova məktubunun otuzuncu ildönümü qeyd olunub

İran İslam Respublikasının banisi- İmam Xomeyni(r.ə)-in pak hərəminin məsul şəxsi deyib: İmam Xomeyni(r.ə)-in Qorbaçova məktubu dialoq yolunu göstərdi və bu məktub bütün tarixə bir xəbərdarlıqdır; yəni hər kəs Allahdan və mənəviyyatdan ayrılarsa, yolsuzluğa getmiş olacaqdır.

Höccətulislam vəlmuslimin Seyyed Həsən Xomeyni dünən axşam İmam Xomeyni(r.ə)-in Qorbaçova məktubunun otuzuncu ildönümünün qeyd olunduğu "Şərqin xeyirxahı" konfransında deyib: SSRİ indiki nəsil üçün tarixi bir addır, amma reallıq bundan ibarətdir ki, SSRİ öz zamanında bir fövqəlqüdrət idi.

İmam Xomeyni(r.ə)-in pak hərəminin məsul şəxsi əlavə edib: İmam Xomeyni(r.ə.) Qorbaçova məktubunda yolu yolsuzluqdan ayırd edərək, göstərməyə və şərq cəbhəsi və imperiyasını düz yola gətirməyə çalışdı.

Həzrət İmam Xomeyni(r.ə.) 1989-cu ilin ilk günündə kommunizmin ölümü və Qərbə söykənməkdən çəkinmə vacibliyi sahəsində SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçova xitabən məşhur və tarixi məktubu yazdı.

Höccətulislam vəlmuslimin Seyyed Həsən Xomeyni həmçinin söyləyib: O zaman deyirdilər ki, "Varşava müqaviləsi" dağıldı və hazırda yeni Varşava da İran xalqına qarşıdır və mütləq məğlub olacaqdır.

Amerikanın dövlət katibi Mayk Pompeo yanvarın on birində 2019-cu il fevralın 13-ü və 14-də Polşanın paytaxtı-Varşavada İran mövzusunda iclasın keçiriləcəyindən xəbər verdi.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bu haqda belə deyib: Polşa Amerika dövlətinin təzyiqləri, vədləri və mənfi atmosfer yaratmasının təsiri altına düşərək, Ağ Ev-in anti-İran siyasətləri yolunda durubdur.

Bəhram Qasemi Polşada anti-İran konfransının keçirilməsinə münasibətdə, başqa bir ölkəyə qarşı belə bir konfransın təşkil edilməsini yanlış, beynəlxalq hüquq normalarına zidd və əsaslandırılmaz bir addım adlandırıb və belə əlavə edib: Amerika dövlətinin hazırkı başçılarının iranlılarla ziddiyyət keçmişi heç kəsə gizli deyil və bu konfransın hədəfləri, əldə olunmuş bəzi informasiyalara görə, tamamilə aydın və elə bu istiqamətdədir.

Teqlər

Şərhlər