Feb 03, 2019 16:22 Asia/Baku
  • İranın yunan-roma güləşçisi qızıl medal qazanıb
    İranın yunan-roma güləşçisi qızıl medal qazanıb

İranlı idmançı Əmin Kavyaninejad Türkiyədə keçirilən "Vehbi Emre" kuboku üzrə beynəlxalq yunan-roma güləşi yarışlarında qızıl medal qazanıb.

Türkiyənin İstanbul şəhərində keçirilən "Vehbi Emre" kuboku üzrə beynəlxalq yunan-roma güləşi yarışlarında on bir ölkə təmsil olunub.

Yarışların ilk beş çəki dərəcəsi üzrə görüşlərin sonunda 72 kiloqram çəki dərəcəsində mübarizə aparan Əmin Kavyaninejad türkiyəli güləşçini məğlub edərək, qızıl medal əldə edibdir.

Puya Naserpour Türkiyədən, Səid Əbdoli isə Bolqarıstandan olan rəqiblərini məğlub edərək, müvafiq olaraq, 55 və 82 kiloqram çəki dərəcələrində üçüncü olublar.

Türkiyənin İstanbul şəhərində keçirilən "Vehbi Emre" kuboku üzrə beynəlxalq yunan-roma güləşi yarışları bu gün ikinci çəki dərəcəsi üzrə final və sıralama görüşlərinin keçirilməsi ilə başa çatacaqdır.

Teqlər

Şərhlər