Feb 03, 2019 21:41 Asia/Baku
  • Yerli istehsal, milli iftixar
    Yerli istehsal, milli iftixar

Elm təməlli şirkətlər müxtəlif sənaye sahələri üçün lazım olan elm və texnologiyanın əldə edilməsində ən təsirli vasitələrdən biridir. Bu şirkətlər ölkənin xarici məhsullara olan ehtiyacının minimuma endirilməsində də əvəzolunmaz rol oynayırlar.

Sənaye sahəsinin müstəqilliyi istiqamətində atılan növbəti addım. Ölkənin bütün önəmli sənaye sahələri üçün lazım olan müxtəlif podşipniklərin istehsalı.

Zavodun icraçı müdiri Məhəmməd Xəlxali bu barədə deyir: “Podşipniklər hərəkətdə olan bütün sənaye avadanlıqlarında istifadə edilir. İstər bu bir lokomotiv olsun, istər avtomobil.”

Ölkə sənayesinin xidmətində olan tamamilə  yerli bir texnologiya.

Podşipnik zavodunun rəyasət heyətinin sədri Hüseyn Sabiriyan: “Podşipniklərin layihələşdirilməsi, istehsalı və yoxlanılması elminə tam yiyələnmişik.”

İranın elm təməlli şirkətləri xarici bazarlarda da rəqabət aparmaq gücünə malikdirlər.

Hüseyn Sabiriyan: “Biz hətta, Almaniyanın Zimens kimi şirkətlərini də təmin edə bilərik. Ölkə daxilində də məhsullarımıza tələbat çox yüksəkdir.”

Keyfiyyətli məhsulları himayə daxili istehsalçılar üçün ən böyük dəstək sayılır. Həmçinin, bu məhsullar xarici nümunələr ilə müqayisədə iqtisadi baxımdan daha sərfəlidirlər.

Hüseyn Sabiriyan: “10 dəfə daha ucuz başa gəlir.”

Himayə olarsa yerli istehsalçılar daxili tələbatı təmin etməkdə heç bir çətinlik ilə üzləşməzlər.

“İstisna” cəmiyyətinin rəyasət heyətinin üzvü Müctəba İslami: “Məhsullarını sənaye müəssisələrinə tanıtdırmağa çalışırıq. Bu da onların maliyyə dövriyyəsinin tamamlanmasına kömək edir.”

“İran istehsalı, milli fəxrimiz” şüarı bu günlər yerli istehsalçılar üçün başlıca məqsədə çevrilib. Əlbəttə, bu məsələ dəmir iradə tələb edir.

 

Şərhlər