Feb 04, 2019 16:31 Asia/Baku
  • Fəcr film festivalı davam edir - İranda
    Fəcr film festivalı davam edir - İranda

Hər il Fəcr ongünlüyündə İranda Fəcr film festifalının keçirilməsinin şahidi oluruq. Bu festival İran kinosunun baharı hesab olunur.

Fəcr film festivalı İslam İnqilabının qələbə çalmasından sonra İran kinosunda ən önəmli hadisə hesab olunur. Tam cürətlə demək olar ki, bu festival İnqilabdan sonra İranda kino sənətindəki inkişafı göstərir.

Bu festival 1983-cü ildən bəri hər il fevralın birindən on birinə kimi Tehranda keçirilir. Bu ilki festivalda 22 film "Simurq Sevdası" bölməsində rəqabət aparır.

Mühəqqiq - kino tənqidçi: "Bu ilki festivalda gənc kinomatoqraflar və rejissorların iştirakının şahidiyik. Bunu İran kinosunun bir növ gəncləşməsi və keçid dövrü hesab oluna bilər. Filmlərin keyfiyyətindəki eniş-yoxuş da elə bu məsələdən qaynaqlanır. Ümumilikdə filmlər arasında yaxşı rəqabətin olduğunu demək olar. Əlbəttə, şəxsən mən özüm izlədiyim filmlərdən ikisini bəyənmişəm."

Bu günə kimi Fəcr film festivalının 36 dövrü keçirilib. Sonuncu Fəcr film festivalı 2018-ci ildə keçirilib. Bu festival İranın Farabi kino fondunun təşkilatçılığı və İslami Maarifləndirmə Nazirliyinin nəzarəti altında keçiririlir.

1995-ci ildən etibarən bu festivalın beynəlxalq bölməsi də ona əlavə edilib. Əlbəttə, 2014-cü ildən Beynəlxalq Fəcr Kino Festivalı müstəqil formada və aprel ayında keçirilməyə başlayıb.

Şərhlər