Feb 05, 2019 09:56 Asia/Baku
  • Əliqudərz qış oyunları festivalı
    Əliqudərz qış oyunları festivalı

Fərseş kəndində qış oyunları festivalı.

Qışın oğlan çağında, günəşli bir havada ailə üzvləri ilə birlikdə qarla oynamağın bir başqa ləzzəti var.

Turist: "Bu kəndə gəlmək və ondan zövq almaq lazımdır."

Lorestan vilayətinin ən qarlı kəndi olan Əliqudərzin Fərsəş kəndi İslam İnqilabının 40-cı ildönümü münasibətilə qış oyunları festivalına ev sahibliyi edir.

Turist: "Qar heykəllər ilə yanaşı, həm fotoqraflar həm də turistlər tərəfindən çəkilən fotoşəkillərdən ibarət sərgi də təşkil edilib."

Məqsəd nədir?

Turist: "Əyləncə və idman. Bir növ insanları xüsusilə də gəncləri şənləndirmək və ruhlandırmaq."

Turist: "Pencəyi həyat yoldaşımındır, şərfi isə mənimdir. Belə bir şərat yaratdıqları üçün təşkilatçılara təşəkkür etmək istəyirəm."

Kənd sakini :  "Bu havada aşın bir başqa ləzzəti var"

Kənd sakini: "Biz də kənd çörəyi bişiririk. Bu soyuq havada isti çörəyin dadı başqadır."

Turist: "Bu qar adam mənim xalam qızıdır, adını Bahar qoymuşam.

Artıq bitirmisiniz?

Turist: "Bəli. Sərhədlərimizi qoruyan igid əsgərlərimizi xatırladan simvolik bir çəkmədir"

Bu festivalda yerli sakinlər və turistlər yüzdən çox qar heykəl düzəldiblər.

Şərhlər