Feb 14, 2019 12:32 Asia/Baku
  • İnnab bol-bol xasiyyətlərə malikdir
    İnnab bol-bol xasiyyətlərə malikdir

İnnab bol-bol özəlliklərə malikdir.

İnnab meyvəsi bir çox xüsusiyyətlərə malikdir.

Müsahibə: Mandarindəkindən ikiqat, portağaldan isə 1,5 dəfə çox C vitamininə malikdir.

Cənubi Xorasan bu məhsulun istehsalı sahəsində ölkədə birincidir.

Müsahibə: Cənubi Xorasanı innabla tanıyırlar.

Hazırda innab istehsalçılarından biri yalnız bu məhsulun istehsalı ilə kifayətlənməyib. O, öz kiçik emalatxanasında emal yolu ilə bu məhsulun xüsusiyyətlərini İranın və hətta bəzi ölkələrin müxtəlif nötələrinə çatdıra bilibdir.

Müsahibə: Mən izafi dəyər vermək məqsədilə innab məhsulunu emal etmişəm.

Burada diqqətsizliyə məruz qalan bir məhsuldan, yəni innabdan 12 həb, toz və dəmləmə nümunəsi istehsal olunur.

Müsahibə: Mülahizə etdiyiniz dadların əsası innabdır. Misal üçün, bunun əlli faizi innabdır, əlli faizi isə tutdur. Bu nümunə, sadə bir innabdır. Yalnız innabdır və heç qarışığı yoxdur.

Müsahibə: Məhsullar İraq və Qətər kimi qonşu ölkələrə və Almaniya kimi Avropa ölkələrinə göndərilir.

Cənab Əfzəli innabı emal edərək, onun izafi dəyərini beşqat artırıbdır.

Müsahibə: İnnab yığıldıqdan sonra ələnir. İri innablar ələyin üstündə qalır, xırda innablar isə ələkdən ələnib keçirlər. Biz xırda innablara iri innablardan yuxarı olan izafi dəyər verdik.

Bu emalatxanada innab həbi, tozu və dəmləməsi əsas elm konstruksiyası əsasında istehsal olunur.

Müsahibə: Bundan qabaq emal işi aparılmırdı, lakin indi bunlardan həb düzəltmişəm. İnnab həbini bütün yaş qrupları istehlak edə bilərlər. Hətta dişləri olmayan və ya süni dişləri olanlar.

Müsahibə: İnnab həbi qənd üçün yaxşı əvəzedici ola bilər.

Və indi iş o yerə gəlib çatıbdır ki, bu emalatxananın məhsullarının səksən faizi İranın müxtəlif məntəqələrinə və digər ölkələrə çatır.

Hazırda bu istehsal emalatxanası şirin və yağlı çərəzlər və qənd kimi çoxzərərli qida məhsullarının yerini tuta bilən məhsullar istehsal edə bilibdir.

 

Teqlər

Şərhlər