Feb 18, 2019 09:57 Asia/Baku
  • İran prezidentinin iştirakı ilə yeni sualtı qayıq dəniz donanmasına qoşulub
    İran prezidentinin iştirakı ilə yeni sualtı qayıq dəniz donanmasına qoşulub

Fateh sualtı qayıq İran İslam Respublikası ordusunun Dəniz Qoşunlarının cənub donanmasına qoşulub.

Yerli mütəxəssislər tərəfindən hazırlanmış Fateh sualtı qayığı İİR prezidentinin iştirakı ilə rəsmi şəkildə dəniz qoşunlarının cənub donanmasına qoşulub. 

Orta Klaslı Fateh sulatı qayığını İranın müdafiə sənayesinin mütəxəssisləri hazırlayıblar. 

Bu sualtı qayığın istehsalında 412 detal istifadə olunub və bunların hazırlanması üçün 76 müasir texnologiyadan istifadə edilib. Qayığın hazırlanması ölkənin müdafiə sənayesinin mütəxəssislərinin 4 milyon 200 min nəfər-saat əməyinin nəticəsidir. Burada 48 layihələşdirmə, 120 sənaye mərkəzi, 80 elm təməlli şirkət, 57 ali təhsil mərkəzi və 195 tədqiqat mərkəzinin iştirakı olub. 

Suyun altından suyun səthini hədəfə alan raket sistemi, raketin tullanması sistemi, müasir sunar, elektron ötürücü, mürəkkəb döyüşün idarə edilməsi, elektron savaş və təhlükəsiz rabitə Fateh sualtı qayığının digər imkanları sırasında durur. 

Şərhlər