Mar 03, 2019 21:45 Asia/Baku
  • "Qatar turizmi" - Lorestan, İran

Novruz bayramının yaxınlaşması ilə tətil günləri üçün səfərə çıxmağı planlaşdıranlar bu günlər hara səfər edəcəklərini götür-qoy etməklə məşğuldurlar. Amma, fərqli bir Novruz səfərini təcrübə etmək istəyənlərə bizim tövsiyəmiz “Qatar Turizmi”dir.

“Bu yolu hər gün gedib-gəlsəm də, yenə də ləzzət alıram”

Bu qatarın məqsədi sərnişinlərini növbəti stansiyaya çatdırmaq deyil. Məqsəd səfərin özüdür.

“Hər bir iranlı bir dəfə olsa belə, bu səfəri təcrübə etməlidir”

Bu, Lorestanın turizm qatarıdır. Məqsəd, sərnişinləri dəmir  yolu boyunca uzanan təbi mənzərələr ilə tanış etməkdir.

“Qatarla etdiyim bu səfər mənim üçün çox maraqlı idi.”

“Özünəməxsus gözəl mənzərələri var”

Bu gözəl təbiət mənzərələrini müşahidə etmək üçün media təmsilçiləri də gəlmişdilər.

“Bu mənzərələrin gözəlliyini vəsf ediləsi deyil”

“Bir fotoqraf olaraq çox gözəl kadrlar çəkməyi bacardım.”

“Turistlər üçün belə bir qatar səfərinin təşkil edilməsi çox yaxşı işdir.”

Təbbi mənzərələr ilə yanaşı qatarın keçdiyi yolun üzərindəki körpülər, tunellər və digər binalar öz gözəlliyi ilə görənləri heyrətləndirir.

“Bu qatar yolunun üzərində İsti su şəlaləsi, Əzgən gölü, Bişe şəlaləsi  və kükürdlü su bulağını müşahidə etmək mümkündür.”

“Durud” stansiyasından başlayaraq, “Keşvər” stansiyasına kimi uzanan bu 74 kilometrlik qatar yolunda turistlər üçün 14 dayanacaq nəzərdə tutulub.

Fəhimniya - "Durud" mədəni irs idarəsinin müdiri: “Qatar 336 yerə malikdir. Müxtəlif növ səfər paketlərimiz var. Bir günlük səfər paketinə səhər, günorta və axşam yeməyi daxildir. 4 günlük səfər paketinə isə təbiətdə gəzinti və kənd evlərində gecələmək də daxildir. Oteldə gecələmək istəyənlər üçün də məxsus səfər paketimiz var.”

Xəlili - Layihənin icraçısı: “Hər kəsi bu qatar yolu boyunca səfərə etməyə və gözəl mənzərələrdən ləzzət almağa dəvət edirik.”

 

 

 

Şərhlər