Mar 10, 2019 21:35 Asia/Baku
  • İran alabalıq yetişdirilməsində dünyada birincidir
    İran alabalıq yetişdirilməsində dünyada birincidir

İran dünyanın şirin sularında alabalıq yetişdirilməsi sahəsində birinci yeri tutub.

İranın balıqçılıq təşkilatının sədri və kənd təsərrüfatı cihadı nazirinin müavini Nəbiullah Xunmirzayi bu gün ölkənin Çəhar Məhal və Bəxtiyari vilayətinin mərkəzi olan Şəhrekord şəhərində deyib: Bu vilayətin soyuq su balıqlarının istehsalında ilk yeri əldə etmək üzrə imkanları belə bir uğurun əldə olunmasına səbəb olubdur.

İranın balıqçılıq təşkilatı sədrinin sözlərinə görə, İranda su canlılarının istehsalı hazırda ildə bir milyon 200 min tondur.

Teqlər

Şərhlər