Mar 13, 2019 21:38 Asia/Baku
  • İranlı mütəxəssislər daha bir uğura imza atdılar
    İranlı mütəxəssislər daha bir uğura imza atdılar

İranın neft sənayesinə qarşı sanksiyaların tətbiq edilməsi ilə yerli mütəxəssislər bu sənayenin bütün ehtiyaclarını yerli imkanlar hesabına təmin etməyi qarşıya məqsəd qoyublar. Və hər gün bu istiqamətdə yeni uğurlar əldə edilir.

Sanksiyalar bax belə öz təsirini itirir. “Şazənd” neft-kimya zavodunda SAC500 katalizatorunun istehsal edilməsi ilə İran bu növ katalizatoru istehsal edən ölkələr sırasına daxil olub.

 

"Şazənd" zavodunun müdiri Vələdxani: “Bu katalizator ilk dəfədir ki, ölkədə istehsal  edilir. Hər il bu məhsulu almaq üçün 15 milyon avro valyuta sərf olunur. Bu məhsul ABŞ, İngiltərə, Fransa və Almaniyanın inhisarında idi.”

 

Xarici təminatçıların öz öhdəliklərinə əməl etməmələrinin ardınca bu katalizatorun ölkə daxilində istehsal edilməsi qarşıya məqsəd qoyuldu. İndi, aylar sürən araşdırmaların ardınca artıq bu katalizatorun kütləvi istehsalına başlanılıb.

 

Neft-kimya araşdırmaları şirkətinin müdiri cəna Pəjuhan: “Bu katalizator poliolefin sənayesinin ən müərkkəb katalizatorudur. Bu katalizatorlardan yüksək təzyiqli su və qaz borularının istehsalında istifadə edilən polietilenləri istehsal etmək mümkündür.”

 

Katalizatorlar neft-kimyada nə kimi rola malikdirlər?

 

Ərak neft-kimya araşdırmaları mərkəzinin müdiri Nuhcan: “Xammal öz-özlüyündə hansısa reaksiyaya girmir. Məhsulun istehsalına səbəb olan katalizatordur. Yəni katalizator olmasa, məhsul da olmayacaq.”

İndi iran istehsalı olan SAC500 katalizatoru burada, polimer istehsalında önəmli rol oynayır.

 

Ağır polietilen bölməsinin müdiri Nəzəri: “İran katalizatoru ilə biz 90-95 min ton PE100 polimeri istehsal edə bilirik. Xüsusilə ölkəmizdə qaz və su boru kəmərlərinin hazırlanmasında məhs bu növ polimerdən istifadə edilir.”

 

Şazənd neft-kimya zavodu bu il 1.8 milyon ton məhsul istehsalı edib. Bu məhsulun təqribən yarısının xaricə satılmasından 400 milyon dollar gəlir əldə edilib.

 

“Şazənd” neft-kimya zavodu ölkədə fəaliyyət göstərən təqribən 5 min istehsal müəssisini xammal ilə təmin edir. Və indi yeni katalizatorun istehsalı ilə bu zavodun məhsulları daha çeşidli hal alacaq. 

 

 

Şərhlər