May 14, 2019 06:47 Asia/Baku
  • Qızılgül yığımı
    Qızılgül yığımı

Yaz fəsli Şiraz vilayətinin Meymənd şəhərində gül və gülab fəslidir ki, həm xoş bahar ətrinə malikdir, həm də məntəqədə yaz fəslində əmək və fəaliyyət ətrli olur.

Bir şəhərin ərazisi çəhrayı və yaşıl ipəklə örtülür. Bu şəhərin adı gül və gülabla qarışıbdır.

Müsahibə: Meymənd şəhəri səviyyəsində 1800 hektar gül əkmişik.

Bahar fəsli yarı olub və qızılgül qönçələri, çiçəklər diyarı olan Meymənddə göz açıblar. Gülün ömrü qısadır və gün vurmamış yığılmalıdır.

Müsahibə: Gülün təravəti, səhərdədir. Gün olarsa, gülün ətri gedər.

Burada mayın sonlarına təsadüf edən yığım fəslinin sonunadək hər buta on beş dəfə gül verir.

Müsahibə: Hər hektarda beş-on ton məhsul yığacağımızı gözləyirik.

Burada hər bağ sahibi gülün suyunu çıxarmaq üçün adətən bir ənənəvi emalatxanaya da malikdir. Hər gün yığılan hər miqdarda gül bu iri mis qazanlara boşaldılır və gülaba çevrilir.

Müsahibə: Hər qazanın içinə qırx kilo gül boşaldılır və qırx kilo gülab alınır.

Meymənddə 25 milyon litr gülab və digər bitki suları istehsalı səbəb olub ki, bu şəhərdə gülabçəkmə üzrə sənaye emalatxanaları da genişlənmiş olsunlar.

Müsahibə: Gül çox olanda biz işi sənaye qazanları ilə görürük.

Meyməndin gülü və gülabı bu məntəqədəki şüşəçilik emalatxanalarının kürələrini də qızdırıbdır. Daha istehsal olunan bitki suları üçün şüşə qablar idxalatına ehtiyac yoxdur. Amma bütün yığılmış güllərdən gülab alınmır. Əksərən ölkənin digər vilayətlərinə, eləcə də Orta Asiya ölkələrinə, həmçinin Almaniya və Fransa kimi Avropa ölkələrinə ixrac edilir. Ekspertlərin sözlərinə görə, qızılgüldən səksən növdən yuxarı məmulat əldə etmək olar ki, əgər bu məntəqədəki emal zavodları genişlənərsə, iş yerindən əlavə, iqtisadiyyatın fəallığına da səbəb olmuş olacaqdır.

 

 

 

 

Teqlər

Şərhlər